"Beynəlxalq təşkilatlar ermənilərin təxribatlarına səssiz qalır"

  • 25.07.2020
  • 0

''Son günlər Avropa və Amerikada soydaşlarımızın ermənilər tərəfindən məruz qaldıqları vandalizm və zorakılıq faktlarına insan hüquq və azadlıqlarına qəsd kimi hallara qarşı barışmaz mövqe nümayiş etdirən beynəlxalq qurumlar, beynəlxalq hüquq-müdafiə təşkilatları səssiz qalmamalıdır''. Bunu millət vəkili Nigar Arpadarai ''Xəzər Xəbər''ə verdiyi müsahibəsi zamanı deyib. O bildirib ki, indiki vəziyyətdə bu qurumlar öz susqunluqlarını pozaraq yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkməli və faktlara əsaslanan bəyanatlarla çıxış etməlidirlər. Xüsusilə Los Angeles və Avropanın siyasi mərkəzi olan Brüsseldə erməni təxribatçıların azərbaycanlılara qarşı etdikləri qəbulolunmazdır. Terror ideologiyasının daşıyıcıları həmvətənlərimizin üzərinə butulka, daş, şüşə parçaları, partlayıçı vasitələr atıblar. Onlar bu yolla azərbaycanlıları da öz çirkin təxribatlarına cəlb etməyə çalışıblar. Millət vəkili tövsiyə edir ki, soydaşlarımız, xüsusilə gənclərimiz diqqətli olmalı, onların təxribatlarına uymamalıdırlar. İndi bizim gənclərimizin erməni vandalizmini özündə əks etdirən məlumatları dünya ictimaiyyətinə çatdırmaq imkanı yaranıb. Bunun indiki dövrdə başlıca yolu sosial şəbəkələrdə aktiv olmaq və dezinformasiyaların yayılmasının qarşısını almaqdır. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?