Müharibə veteranının torpaq problemi

  • 24.07.2020
  • 0

Məsələ Sabunçu İH-in və Sabunçu RPİ-nin nəzarətindədir Təranə Nuriyeva keçmiş hərbçi, birinci Qarabağ müharibəsinin veteranıdır. Ümumilli lider Heydər Əliyev 1994-cü ildə xidmətdə fərqlənən hərbçilərə, o cümlədən Təranə Nuriyeva da daxil olmaqla 12 nəfərə Sabunçu rayonunun Ləhic bağları massivində torpaq sahəsinin verilməsi barədə sərəncam imzalayıb. Və bundan sonra onların qara günləri başlayıb. Adıçəkilən ərazidə yaşayan bir neçə şəxs torpaq iddiası ilə onları təhdid etməyə başlayıb. Veteranların bildirdiyinə görə adıçəkilən şəxslər və yaxınları onların mülklərinə ziyan vurmaqla yanaşı orada dağıntılar törədib, tikdikləri hasarları sökərək oradakı daşları oğurlayıblar. Məsələ ilə bağlı şikayətçilərlə birlikdə Sabunçu rayon icra hakimiyyətinə üz tutduq. Veteranlar rayon icra başçısı Adi Vəliyevlə görüşdülər. İcra başçısı görüşdə bununla şəxsən məşğul olacağını və məsələyə aydınlıq gətirəcəyini bildirərək əraziyə baş çəkəcəyini bildirdi. Şikayətçilər Sabunçu rayon polis idarəsinin ərazi üzrə 15-ci polis şöbəsinə gələrək orada şikayət ərizəsi yazdılar. Daha sonra Ləhic bağları massivinə baş çəkən Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev veteranlarla keçirdiyi növbəti görüşündə məsələnin rayon polis idarəsinin və şəxsən özünün nəzarətində olduğunu bildirirərək ərazi üzrə icra nümayəndəliyinə ciddi tapşırıqlar verdi və veteranlara hər hansı təhdid olacağı təqdirdə dərhal polis əməkdaşlarının əraziyə cəlb olunacağını və qayda pozan şəxslərə qarşı ciddi cəza tədbirləri görüləcəyini bildirdi.

Nə düşünürsən?