Növbəti buraxılış imtahanları keçirildi

  • 24.07.2020
  • 0

İmtahanlar pandemiya şəraitinin tələblərinə uyğun keçirilib Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən 10 şəhər və rayonda növbəti buraxılış (qəbul) imtahanları keçirilib. Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub. İmtahanların təşkil edilməsi üçün ümumilikdə 61 imtahan binası, 1045 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 61 ümumi imtahan rəhbəri, 167 imtahan rəhbəri, 1361 nəzarətçi–müəllim, 122 buraxılışı təşkil edən əməkdaş, 61 bina nümayəndəsi ayrılıb.

Nə düşünürsən?