Avtobuslarda tibbi maskadan istifadə nə qədər vacibdir?

  • 23.07.2020
  • 0

Pandemiya dövründə ictimai nəqliyyatın yükü demək olar ki, avtobus şəbəkəsinin üzərindədir. Elə buna görə də, avtobus salonları və dayanacaqlar insanların daha çox toplaşdığı məkan olaraq yoluxma riski daşıyır. Nazirlər Kabineti yanında Operativ Qərargah, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Bakı Nəqliyyat Agentliyi (BNA) pandemiya dövründə avtobus salonlarında və dayanacaqlarda yoluxma riskini minimuma endirmək üçün vətəndaşların qoruyucu tibbi maskadan istifadəsini vacib hesab edir. BNA isə öz növbəsində ictimai nəqliyyatdan istifadə edən vətəndaşların sanitar-gigiyenik maarifləndirilməsi işlərini aparır, müxtəlif aksiyalar təşkil edərək nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, dayanacaqlarda və avtobuslarda vətəndaşlara tibbi maskalar paylanır. Müxtəlif təbliğatlar və cərimə tədbirlərinə baxmayaraq, ictimai nəqliyyatda qoruyucu tibbi maskadan istifadə yenə də sərnişinlərin sosial məsuliyyətindən asılıdır. Sfera.az xəbər verir ki, mediapost vətəndaşların avtobuslarda və dayanacaqlarda tibbi maskadan istifadə etməyənlərə münasibətini öyrənib və maskadan istifadənin önəmi ilə bağlı infeksionist Azər Nağıyevdən açıqlama alıb. Ətraflı videoda:

Nə düşünürsən?