Qvardiola: "Bizim pulumuz varsa, digər klubların yoxdur?!"

  • 15.07.2020
  • 0

"Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola bu günlərdə İdman Arbitraj Məhkəməsinin (CAS) onların lehinə verdiyi qərardan sonra edilən tənqidlər barədə danışıb. Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis onları tənqid edənlərə sərt cavab verib. Qvardiola digər klublara da söz atıb və onların da vaxtilə maliyyə feyr-pley qaydalarını pozduğunu bildirib: "Biz Aleksis Sançesi də almaq istədik, Harri Maqvuaeri də. Ancaq istəyimizə nail ola bilmədik. Çünki biz "Yunayted" qədər pul xərcləmədik. Əgər bizim pulumuz varsa, digər klubların da maliyyəsi var"

Nə düşünürsən?