Avtodayanacaqda qadın “BMW” ilə piyadanı vurdu

  • 15.07.2020
  • 0

Rusiyanın Kostrom şəhərində pedalların yerinə səhv salan qadın qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə “Stometrovka” Ticarə Mərkəzinin avtoparkında qeydə alınıb. Məlumata görə, xanım sürücü avtodayanacağın ərazisində idarə etdiyi “BMW” markalı avtomobillə, əyləclə qazın yerini səhv salaraq öncə piyadanı daha sonra isə park edilmiş iki maşını vurub. Bildirilir ki, piyada aldığı çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Namiq Musayev

Nə düşünürsən?