Yaralı əsgərlərimizin son vəziyyəti

  • 15.07.2020
  • 0

Yaralanan əsgərlərin müalicəsi tam nəzarət altındadır Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdikləri təxribatların qarşısını alarkən yaralanan Azərbaycan Ordusu hərbçilərinin müalicəsi davam etdirilir. Bunu REAL-a Tibb Xidməti polkovniki, cərrah Roman Çobanov bildirib. Yaralı əsgərlər cəbhə yoldaşlarının yanına qayıdacaqları günü isə səbrsizliklə gözləyirlər. Qeyd edək ki, iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədində düşmən ordusu artilleriyadan atəş açmaqla təxribat törədib. Azərbaycan ordusu layiqli cavab tədbirləri ilə qarşı tərəfə ciddi itkilər yaşadıb.

Nə düşünürsən?