Əməliyyat şəraiti Azərbaycan ordusunun nəzarəti altındadır

  • 14.07.2020
  • 0

Hazırda Tovuz istiqamətində şiddədli döyüşlər davam edir. Ordumuzun verdiyi cavablar nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Redaktor.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı jurnalistlərə açıqlamasında deyib. V.Dərgahlı bildirib ki, hazırda vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər davam edir. O qeyd edib ki, Ermənistan tərəfi Azərbaycanın yaşayış ərazilərini atəşdə saxlamağa çalışır. V.Dərgahlı qeyd edib ki, əməliyyat şəraiti tam olaraq Azərbaycan ordusunun nəzarəti altındadır.

Nə düşünürsən?