Bakıda şok əməliyyat: Polis yatdıqları yerdə tutdu

  • 11.07.2020
  • 0

Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan şəxslərə qarşı tədbir keçirilib. APA TV xəbər verir ki, rayonun 2 nömrəli sovxoz ərazisində yerləşən pomidor məhsulu yetişdirilən istixanada karantin qaydalarının pozulması faktı aşkarlanıb. “Qızıl noxur” adlı obyektin sahibi Kamil Musayevə məxsus istixanada 55 nəfərin sosial məsafə gözlənilmədən toplaşmaları və işləmələri müəyyən edilib. Araşdırma zamanı həmin şəxslərdən 32 nəfərin icazəsinin olması müəyyən edilsə də digər 23 nəfərin 1 otaqlı tiklidə sosial məsafə gözləmədən xüsusi karantin qaydalarını pozduqları aşkarlanıb. 22 nəfər və sahibkar Kamil Musayev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.

Nə düşünürsən?