Rəsmi Moskvadan Bakının təkliflərinə dəstək

  • 09.07.2020
  • 0

"Rusiya Azərbaycanın koronavirusla mübarizə üçün BMT-nin xüsusi iclas keçirmək təklifini dəstəkləyir" REAL-ın Rusiya Bürosunun verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Əminik ki, sessiya konstruktiv şəkildə keçəcək və əsaslı qərarların qəbulu ilə başa çatacaqdır. Bu çərçivədə maraqlı bir müzakirə gözləyirik. Nyu-Yorkda davam edən çətin epidemioloji vəziyyəti nəzərə alaraq, bu xüsusi iclasın digər formatda keçirilməsi planlaşdırılır. Hazırda müvafiq prosedurların razılaşdırılması davam etdirilir", -deyə M.Zaxarova bildirib. Qeyd edək ki, BMT-nin üzvü olan 130-a yaxın dövlət, Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizə və onun təsirini azaltmaq üçün tədbirlər barədə Baş Assambleyanın xüsusi iclasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. BMT Baş Assambleyasının COVID-19-a dair xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə isə Azərbaycan Prezidenti İlham Əliyev ilə çıxış edib.

Nə düşünürsən?