Azərbaycan əsgərlərin narkotik verilib?

  • 07.07.2020
  • 0

Azərbaycanın sabiq baş naziri, qiyamçı polkovnik Surət Hüseynov "dirilməyə” başlayıb. Onun Meydan.TV-yə verdiyi son müsahibə ciddi qalmaqal yaradıb. Xalq arasında daha çox "vətən xaini” kimi tanınan, 1993-cü ilin 4 iyununda Gəncədə qiyam qaldıran eks nazir AXC iqtidarında yüksək vəzifələr tutan şəxslər barəsində sensasion ittihamlar irəli sürüb. Oxu24.com xəbər verir ki, sabiq baş nazirin çıxışına cavab olaraq Pənah Hüseynovon Laf Tv-də cavab verib. Azərbaycan Respublikasının Baş Naziri (aprel 1993 – iyun 1993-cü il) olmuş Pənah Hüseynov sensassion faktları səsləndirib. O, bildirib ki,Qarabağ müharibəsi zamanı Surət Hüseynovun təşkilatçılığı ilə əsgərlərə xüsusi narkotik maddə verilib.O, iddia edib ki, verilən xüsusi həblərin təsirindən əsgərlər döyüşlərin çoxunda özünə nəzarəti itirib. Pənah Hüseynov iddia edib ki, həmin maddənin adı "metadon" idi. Guya bu maddəni qəbul edən şəxslər döyüşdən qormur və daha yaxşı döyüşür. Pənah Hüseynov bununla bağlı əlinə faktlar olduğunu bildirib. "Biz həmin vaxt görürdük ki, əsgərlər bir müddətdən sonra özünü pis hiss edirdi.Biz elə düşünürdük ki, ermənilər nəsə şüa buraxır. Buna görə də əsgərlər özünü pis hiss edir.Sonradan məlum oldu ki, əsgərlərə sintetik narkotik maddə verilirmiş. Bu Gəncədə hazırlanırdı və sintetik maddə idi..." Həmin sensassion videonu təqdim edirik:

Nə düşünürsən?