“Lada Vesta” yanacaq qiymətlərinin əks etdirən lövhəyə çırpıldı

  • 04.07.2020
  • 0

Rusiyanın Samara şəhərində minik avtomobilinin yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən qiymətləri əks etdirən lövhəyə çırpılma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 3-də səhər saatlarında baş verib. Kadrlarda, yüksək sürətlə idarə edilən “Lada Vesta” markalı minik avtomobili, sürücünün idarəetməsindən çıxdığı və yolun hərəkət hissəsindən çıxaraq yanacaq qiymətlərinin əks olunduğu lövhəyə çırpıldığı görülür. Bildirilir ki, avtomobilin 46 yaşlı sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Namiq Musayev

Nə düşünürsən?