Prezidentin köməkçisi əhaliyə müraciət etdi

  • 03.07.2020
  • 0

Hazırda əksər insanlar özündə simptomlar gördüyü zaman koronavirusa yoluxduğunu düşünür. Azerforum.com parla.az-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib. O bildirib ki, belə hallarda həmin şəxsin həkimə zəng etməsi tövsiyə olunur: “Bu zaman ona əlavə suallar veriləcək. Koronavirusa yoluxduğu zaman ona lazımı təlimatlar veriləcək”. Şahmar Mövsümov əlavə edib ki, hər simptomu olan şəxs təcili yardıma zəng etməməlidir: “Təcili yardımı məşğul edib, daha vacib müraciətlərə cavab verilməsini gecikdirmək lazım deyil. Sadəcə sahə həkimi ilə əlaqə saxlamaq kifayətdir. Bu zaman poliklinikaya getməyə də ehtiyac yoxdur”.

Nə düşünürsən?