Etibar Babayev koronavirusdan ölməyib? - AzTV

  • 03.07.2020
  • 0

AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Babayevin ölüm səbəbilə bağlı fərqli məlumatlar yayılır. İlkin məlumatda onun koronavirusdan vəfat etdiyi bildirilsə də, sosial şəbəkələrdə ölümün ürək tutmasından baş verdiyi iddia edilir. Məsələ ilə bağlı Teleqraf.com-un əməkdaşı AzTV ilə əlaqə saxlayıb. Azərbaycan Dövlət Televiziyasından saytımıza daxil olan məlumata görə, Etibar Babayevin ölüm səbəbi araşdırılır və hələlik dəqiq məlumat yoxdur. Qeyd edək ki, Etibar Babayev ağır vəziyyətdə Tibb Universitetinin Tədris Terapevtik Klinikasına gətirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Nə düşünürsən?