1xbet

4 aydır övladlarını görmür

  • 02.07.2020
  • 843 baxış
  • 0

Əməkdar artist Manana Çaparidze 4 aydır övladlarını görmür. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "5/5" proqramında deyib. O bildirib ki, martda uşaqları və həyat yoldaşı Georgi Gürcüstana gedib: "Sərhəd açılan kimi Gürcüstana gedəcəm. 4 aydır uşaqlarımı "skype"dan görürəm. Çətindir... "Laylay" oxuyuram, gecə-gündüz danışırıq. Yeməyi də birlikdə yeyirik, rəqs edirik. Martın 14-də verilişə çıxdım, ailəm Gürcüstanda idi. Georginin anasının ad gününü qeyd edəcəkdik. Proqramdan sonra mən də gedəcəkdim, çantalarım da maşında idi. Getdim, sərhəddən geri qaytarıldım. Dedilər ki, Manana xanım, olmaz, anamla geri döndük".

Nə düşünürsən?