Ucarda avtomobil piayadanı vurub

  • 01.07.2020
  • 0

Ucarda piyada yol qəzasında ağır xəsarət alıb. Avtosfer.az xəbər verir ki, “Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Ucar şəhərinin Azərbaycan küçəsində baş verib. Ucar rayonunun Ənvər Məmmədxanlı kənd sakini, 1986-cı il təvəllüdlü Ramil Salik oğlu Əliyev idarə etdiyi "Lada-priora" markalı minik maşını ilə yolu keçmək istəyən piyada, rayonun Qaracallı kənd sakini, 1980-cı il təvəllüdlü Zülfi İsgəndərovu vurub. Zərərçəkən ağır vəziyyətdə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?