Pensiyaçılara şad xəbər: öz bankınızı axtarmayın

  • 01.07.2020
  • 0

Vətəndaşlar əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın, eləcə də Azərpoçt MMC-nin istənilən bankomatından və ya POS-terminalından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərlər. Axar.az xəbər verir ki, bunu nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov qeyd edib. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası əhalinin nəzərinə çatdırır: COVİD-19 pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın, eləcə də Azərpoçt MMC-nin istənilən bankomatından və ya POS-terminalından hər hansı əlavə faiz tutulmadan əldə edə bilərlər.

Nə düşünürsən?