Benzin bahalaşıb bu qiymətə oldu

  • 01.07.2020
  • 0

Bu gündən Azərbaycanda Aİ-95 ("Premium") markalı benzin bahalaşıb. "SOCAR Petroleum" şirkətindən APA TV-yə verilən məlumata görə, Aİ-95 markalı yanacaq 10 qəpik bahalaşaraq 1 manat 20 qəpik olub. "Bahalaşma bu markalı benzinin xaricdən alış qiymətinin artması ilə əlaqədardır", - deyə şirkətdən qeyd ediblər. Qeyd edək ki, Aİ-95 markalı benzinin qiyməti mayın 1-də 1 manat 20 qəpikdən 1 manat 10 qəpiyə endirilmişdi. Xatırladaq ki, sözügedən "Premium" markalı benzin Azərbaycanda istehsal olunmadığından xaricdən alınır.

Nə düşünürsən?