Nazirlik 60 yaşa qədər olan həkimlərə müraciət etdi

  • 30.06.2020
  • 0

Koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər. Tələb olunan sənədlər: Ərizə Şəxsiyyət vəsiqəsi Diplom İnternatura vəsiqəsi Sertifikat Əmək kitabçası Axeber.az

Nə düşünürsən?