Bu dərman koronavirusu yox edir

  • 29.06.2020
  • 0

COVID-19 ilə koronavirus infeksiyasının ağır forması temperatur, öskürək və təngənəfəsliklə xarakterizə olunur. Day.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə 40 nömrəli şəhər klinik xəstəxanasının baş həkimi Denis Protsenko məlumat verib. O izah edib ki, təngənəfəslik ən təhlükəli əlamətdir, bu, arterial qanda oksigen gərginliyinin azalması səbəbindən ortaya çıxır. "Çox böyük bir həcmdə ağciyər toxuması viral zədələnməyə məruz qalır və əsas funksiyasını - oksigenin xaricdən qana ötürülməsini dayandırır", - deyə açıqlamasında qeyd edib. Protsenkonun sözlərinə görə, əksər xəstələrdə koronavirus bir doz parasetamolun fonunda öz-özünə keçir.

Nə düşünürsən?