1xbet

Koronavirus peyvəndi belə vurulacaq

Koronavirus peyvəndi belə vurulacaq

  • 26.06.2020
  • 554 baxış
  • 0

İngiltərənin Oksford Universitetindən koronavirusa qarşı hazırlanan peyvənddən ümidverici xəbərlər gəlib. Milli.Az xəbər verir ki, hazırda kliniki sınaqların 3-cü mərhələsində olan peyvəndin virusa qarşı daha güclü antikor ifraz edə bilməsi üçün qızılca peyvəndinə bənzər formada iki doza tətbiq edilə biləcəyi açıqlanıb. Elm adamları peyvəndi donuzlar üzərində ikimərhələli formada sınayıb. “Pioner” adı verilən ilk mərhələ 2 ay əvvəl gerçəkləşib. 28 gün sonra yenidən peyvəndlənən donuzların ifraz etdiyi antikorların səviyyəsi daha yüksək olub. Sınağı həyata keçirən professor Simon Qrehem donuzların insanlara bənzər metabolik sürətə və antikor reaksiyasına sahib olduğunu bildirib. O, insanlarda da bənzər nəticələr əldə edəcəyinə ümid edir. Bununla birgə, elm adamları potensial peyvəndin COVID-19-a qarşı nə qədər qoruyacağını ehtimal edə bilmir. Virusun daimi mutasiya keçirməsi məlum olduğundan, bir peyvəndin qoruyuculuğunun 6 ay-2 il arasında olduğu bildirilir. Oksford Universitetinin professoru Adrian Hill, ən yaxşı ehtimalla, peyvəndin bu ilin oktyabr ayında paylanacağını açıqlayıb. Universitet tərəfindən peyvənd sınaqlarının avqust ayında tamamlanacağı proqnozlaşdırılır. Bu çərçivədə universitetlə razılığa gələn “AstraZeneca” firması milyonlarla peyvəndin qlobal miqyasda paylanmasını həyata keçirəcək. Firma şənbə günü 400 milyon peyvəndin Almaniya, Fransa və Niderlanda paylanması üçün razılığa gəlib. Peyvəndin ilk 100 milyonu ilk olaraq İngiltərəyə, 400 milyonu isə ABŞ-a veriləcək. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamasına görə, hazırda koronavirusa qarşı 135 peyvənd üzərində iş gedir. Bu peyvənlərdən 8-i artıq insanlar üzərində sınanır. (publika.az)

Nə düşünürsən?