Türkiyədə yeni təklif: Qarabağı qaytarmaq üçün...

  • 25.06.2020
  • 0

Türkiyənin Vətən Partiyası Qara dəniz- Aralıq dənizi dostluq və sülh planını təqdim edib. Axar.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” yayıb. Yeni plana əsasən, Krımın Rusiya ərazi kimi tanınması təklif edilib. “Qara dəniz – Aralıq dənizi dostluq və sülh planının vacib özəlliyi onun bütövlüyüdür. Bu plan Türkiyə və Rusiya arasında əməkdaşlığın gücləndirilməsinə əsaslanır”, – deyə partiyanın beynəlxalq münasibətlər bürosunun rəhbəri Semih Koray deyib. Yeni planda əsas məqsədlərdən birinin ABŞ və NATO bazalarının regiondan çıxarılması, eləcə də ABŞ-ın bölgədə təklənməsi olduğu vurğulanıb. Partiya bu plan çərçivəsində Abxaziya və Şimali Kiprin tanınması, Azərbaycan və Suriyanın ərazi bütövlüyünün təmin edilməsi və Qarabağdan Ermənistan qoşunlarının çıxarılması üçün işə başlanması gərəkdiyini bildirib.

Nə düşünürsən?