Yaxınları koronavirusdan ölən adamın tabutunu açdılar

  • 24.06.2020
  • 0

Cənubi Amerika ölkəsi olan Kolombiyanın Atlántiko əyalətində koronavirus səbəbi ilə ölən şəxsin tabutu yaxınları tərəfindən açılıb. Görüntülərin qısa müddətdə yayılması insanlar arasında təşvişə səbəb olub. Kolombiyanın Malambo şəhərində koronavirusdan ölən 56 yaşlı bir adamın tabutu ailəsi və yoldaşları tərəfindən açılıb. Ölən şəxsin yaxınları polisin xəbərdarlığına məhəl qoymayaraq cənazənin ətrafına bükülmüş ağ rəngli bioloji təhlükəsizlik torbasına toxunublar. SaqlamHeyat.az moderatora istinadən həmin video-görüntünü oxuculara təqdim edir:

Nə düşünürsən?