“Bibiheybət yolu” açılıb

  • 24.06.2020
  • 0

Ötən ilin noyabr ayında uçanBibiheybət yolu tam təmir edilib. Dünən gecə saatlarında bu yolda işlər yekunlaşıb . Artıqsürücülər bu yoldan istifadə edə bilərlər. Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yol açılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, tikinti-bərpa işləri sözügedən ərazidəki geoloji-kəşfiyyat işlərinin hesabatına uyğun Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Avtomobil Yolları Dövlət Agentliyinin və xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə əsasında aparılıb. Qeyd edək ki,layihəyə uyğun olaraq yamacın aşağı hissəsində svay əsaslı istinad divarı inşa edilib. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulub və üzərində 1,5 metr qalınlıqda monolit dəmir-beton tava inşa edilib. Tava üzərində 8 metr hündürlükdə istinad divarı da tikilib. Bundan başqa ərazidə yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün yeni drenaj və yağış-kanalizasiya sistemi yaradılıb, istinad divarında su axınını təmin etmək üçün eninə istiqamətdə borular atılıb. Yolun istifadəyə verilməsi ərazidə yaşayan və sürücülərin işini xeyli asanlaşdırıb. Qeyd edək ki, həmin ərazidə ötən ilin noyabrın 24-də torpaq sürüşməsi olub və yol yararsız vəziyyətə düşüb. Hadisə şəhərin mərkəzinə doğru gedən istiqamətdə baş verib. Nəticədə yolun asfalt qatı dağılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edirdi.

Nə düşünürsən?