Kamaləddin Qafarovun Vergi Cinayəti

  • 24.06.2020
  • 0

Milli Onkologiya Mərkəzi ilə baş tutan tender oyunlarında Kamaləddin Qafarovun ailə biznesinə daxil olan "AZƏRİ MED MMC"(VÖEN:1500072561) şirkəti ildən-ilə "Dərman və sarğı ləvazimatlarının satınalınması" xidmətləri üzrə MOM-un təşkil etdiyi tender müsabiqələrinin qalibi olur. Amma nəzərinizə çatdırım ki, bu şirkətin kimə məxsus olmasından aslı olmayaraq onun dövlət qurumlarının təşkil etdiyi tender müsabiqələrində iştirak etməsi mümkünsüzdür. Belə ki, "AZƏRİ MED" MMC-in dövlətə 5 milyon 799 min 204 manat 30 qəpik vergi borcu var. Vergi borcu olan şirkətlərin isə tender müsabiqələrində iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci tələbinə əsasən qanunla qadağandır. https://e-taxes.gov.az/ebyn/vergiBorcu.html Bu talançılığa söz tapmaq çox çətindir. İctimai vəkil Samir Zeynalov İctimai vəkil Samir Zeynalovun sosial şəbəkələrdə işıqlandırdığı iddialarla bağlı qarşı tərəfin fikirlərini dinləməyə hazırıq! Teref.az

Nə düşünürsən?