Oğuzda baş verən dəhşətli yanğının görüntüləri

  • 22.06.2020
  • 0

Dünən axşam saatlarında Oğuz rayonunda mürəkkəb relyefli ərazidə yanğın başlayıb. ARB Şəki-nin məlumatına görə, yanğın Oğuz rayonunun Xaçmaz, Filfilli və Abdal kəndlərini əhatə edən çay vadisi adlanan ərazidə baş verib. Hadisə yerinə FHN-in yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın nəzarətə götürülüb. Sakinlərin sözlərinə görə, 4 ha yaxın sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı bağ sahələri yanğından mühafizə olunub. Bununla belə, hava şəraitinin küləkli olması və ərazinin mürəkkəb relyefdə yerləşməsi səbəbindən tüstülənmələr baş verir. Hazırda ərazidə tədbirlər davam etdirilir. Kənd sakinləri yanğının ildırım düşməsi nəticəsində başladığını ehtimal edir.

Nə düşünürsən?