Rusiyanın Çelyabinsk şəhərində dəhşətli yol qəzası baş verib XəzərXəbər Rusiya KİV-ə istinadən xəbər verir ki, Moskva- Çelyabinsk magistral yolunda baş vermiş ağır yol qəzasında 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Belə ki, "Shacman" markalı yük maşını yüksək sürətlə 4 mink avtomobili və bir yük maşınına çırpılıb. İlkin məlumata görə, qəzaya səbəb "Shacman" avtomobilinin əyləc sisteminin işləməməsi olub.































