“Beşbarmaq dağı” na gedənlərə bu xidmətlər göstəriləcək

  • 09.06.2020
  • 0

Prezident İlham Əliyev ötən gün "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında sərəncam imzalamışdı. Qoruqları İdarəetmə Mərkəzinin rəhbəri "Beşbarmaq dağı"nda hansı yeniliklərin olacağını "Xəzər Xəbər"ə açıqlayıb. O bildirib ki, qoruqda dünyada çox məşhur olan "quş müşahidəsi" turizmi də təşkil ediləcək. "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda müxtəlif əyləncə növləri təşkil ediləcək… Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Azadə Hüseynovanın sözlərinə görə, qoruq "Beşbarmaq dağı" və ətraf əraziləri əhatə edəcək. Orada uzun illər əhalinin üz tutduğu Xızır zində piri, eyni zamanda son tunc və ilk dəmir dövrünə aid yaşayış məskənlərinin qalıqları, eləcə də karvansaray qalıqları mövcuddur. "Beşbarmaq dağı" ölkənin əsas turizm koridorlarından biri hesab edilən şimal xətti üzərində yerləşir. Buradan turistlərə ətrafda yerləşən palçıq vulkanlarına, eləcə də nadir landşafta sahib Xızı rayonuna piyada gəzintilər və safari turları təklif ediləcək. İnsanların üz tutduğu ziyarətgahdakı qurbangah da yenidən qurulacaq və qurbanların sanitar-gigiyenik qaydada kəsimi təşkil ediləcək. Azadə Hüseynova bildirib ki, bu ərazidən quşların köçünü izləmək mümkün olduğu üçün"Quş Müşahidəsi" turizminin də inkişafı baxımındanəlverişli şərait var. Qoruğun imkanlarından düzgün istifadə edilməsi nəticəsində ətraf ərazilərdə məskunlaşmış insanlar üçün yeni iş yerləri imkanları yaranacaq.

Nə düşünürsən?