Azərbaycanda 40 yaşlı şəxs koronavirusdan öldü

  • 06.06.2020
  • 0

 Karantin rejiminin yumşaldılmasından sonra koronavirusa yoluxanların sayı günü-gündən artır.

"İctimai TV" "COVİD-19" daşıyıcılarının olduğu xəstəxanadan reportaj hazırlayıb. Sujetdən görünür ki, xəstələrin heç biri özünü yaxşı hiss etmir və nəfəs almaqda çətinlik çəkirlər. Xəstəxananın reanimasiya şöbəsinin müdiri, həkim Gülarə Abbasovanın sözlərinə görə, insanlar temperaturları artan zaman xəstəxanaya gəlməyə qorxurlar:

"Otururlar evdə və vəziyyətləri ağırlaşır. 40 yaşında bir xəstəni itirdik. Artıq bu xəstəlik yaşa baxmır". (Trend) Reportajı sizə təqdim edirik:

Nə düşünürsən?