“09” polis maşını ilə toqquşub qaçmaq istədi

  • 05.06.2020
  • 0

Rusiyanın Perm şəhərində qəza törədən sürücü polis təqibindən yayınmağa cəhd göstərib. Avtosfer.az xəbər verir ki, 34 yaşlı sürücü idarə etdiyi “VAZ-2109” markalı avtomobillə hərəkətdə olarkən polis maşını ilə toqquşub. Hadisədən sonra sürücü məsuliyyətdən yayınmağa çalışsa da, asayiş keşikçiləri avtomobilin təkərlərinə bir neçə dəfə atəş açaraq onu dayandırıblar. Sürücü saxlanılıb və məlum olub ki, sürücülük vəsiqəsi yoxdur. Faktla bağlı araşdırmalara başlanılıb.

Nə düşünürsən?