Polisdən 3 yaşında qaçırılmış qızla bağlı 13 il sonra

  • 04.06.2020
  • 0

2007-ci ildə ailəsi ilə birlikdə Portuqaliyada dincələn zaman yataq otağından qaçırılmış 3 yaşlı ingilis Madelina Mkann ilə bağlı polisin bir nəfər pedofildən şübhələndiyi məlum olub. 13 il sonra Almaniya və İngiltərə polisi birgə açıqlama yayıb. Polis bəyan edib ki, hazırda Almaniyada pedofil və cinsi istismar ittihamı ilə həbsdə yatan şəxsdən şübhələnirlər. Polis 3 yaşında qaçırılan və hadisədən 13 il sonra qızcığazın qətli ehtimalı üzərində durur. Polis hadisəni cinayət hesab etdiyini, bu cinayətin əvvəlcədən planlaşdırıldığını və şübhəlinin keçmişdə də cinayətlərə yol veridyi versiyasını vurğulaylb. Uzun illər bu cinayəti araşdıran polis Mark Kranvel bildirib ki, hadisənin üzərindən 13 ildən çox zaman keçib və indi çox şey dəyişib: "Şübhəli şəxs həbsdədir və cinayətini etiraf etməsi lazımdır”./Teleqraf.com

Nə düşünürsən?