Sürücü protokolu götürüb qaçdı, yol polisi küçədə onu qovdu

  • 03.06.2020
  • 2K baxış
  • 0

Bakıda baş verən qəribə hadisə avtomobillərdən birinin videoqeydiyyatçısına düşüb.

"MediaPost" xəbər verir ki, görüntülərdə əvvəlcə yol polisi ilə sürücü arasında mübahisə olduğu görünür. Ardınca isə sürücü əlində kağız qaçır və yol polisi onu qovur.

Ehtimal olunur ki, sürücü yol polisinin yazdığı protokolu götürür. Polis isə yarımçıq olan protokolu almaq üçün onun arxasınca qaçır.

Hadisə may ayının 27-i səhər saatlarında baş verib.

Videonu təqdim edirik:

Nə düşünürsən?