Ruslan Abışov lağ etdi, Emin Mahmudov cavabını verdi

  • 03.06.2020
  • 0

“Sabah”ın kapitanı Ruslan Abışov dostu və keçmiş komanda yoldaşı, “Neftçi”nin kapitanı Emin Mahmudovla stolüstü tennis oynadığı videonu paylaşıb. Offsideplus.az xəbər verir ki, görüntülərdə xal qazanan Abışov Ronaldo sayağı sevinir, Emin isə “üzüntü” ilə diz çökür. Ruslan videonu Eminin Azərbaycan dilinin zəif olmasına işarə ilə “Mahmudov, sən oynamaq tennis zəif ” sözləri ilə paylaşıb. Emin isə “mən qəsdən uduzdum, sonra çətin işimiz var idi” rəyini yazıb.

Nə düşünürsən?