Neymarın oğlu ilə qeyri-adi zarafatı

  • 29.05.2020
  • 0

Braziliyalı futbolçu Neymarın oğlu ilə zarafatı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçu bununla bağlı videonu özünün "Instagram” hesabında paylaşıb. Kadrlarda görünür ki, Neymar oğlu ilə məşq edir. Futbolçu oğluna topları atır, oğlu isə başı ilə geri qaytarır. Lakin növbəti topu toyuq yumurtası əvəz edir. Heç nədən şübhələnməyən uşaq onu dəf etməyə çalışır, lakin yumurta başında sınır.

Nə düşünürsən?