Avtomobil bir neçə dəfə çevrilib mağazaya girdi

  • 28.05.2020
  • 0

Rusiyanın Çuvaşiya Respublikasında idarəetmədən çıxan avtomobilin mağazaya girmə görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 28-də Çeboksar şəhərində qeydə alınıb. Kadrlarda, avtomobilin sürətlə dairəyə daxil olduğu və sürücünün sükan idarəetməsini itirərək yoldan çıxdığı görülür. Bundan sonra avtomobil sürüklənərək bir neçə dəfə çevrilərək mağazaya girir. Yerli KİV-in məlumatına görə, qəza nəticəsində 32 yaşlı sürücü aldığı xəsarətlərdən dünyasını dəyişib.

Namiq Musayev

Nə düşünürsən?