Yüksək sürət qəzaya səbəb oldu

  • 26.05.2020
  • 0

Rusiyanın Çelyabinsk şəhərində yüksək sürət yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə “Molodoqvardeyçev” küçəsi ilə “Komsomol” prospektinin kəsişməsində baş verib. Videoqeydiyyat tərəfindən qeydə alınan kadrlarda, “Honda Civic” markalı avtomobilin birinci zolaqda sürətlə hərəkətdə olduğu və qarşısında avtomobilin dayandığını son anda fərq edərək əks zolağa çıxaraq motosikletlə toqquşduğu görülür. Zərbənin təsirindən motosikletli sürüklənərək gümüşü rəngdə minik avtomobilinə, motosiklet isə “Nissan”a çırpılır. Yerli KİV-in məlumatına görə, qəza nəticəsində 30 yaşlı motosiklet sürücüsü ilə “Nissan”ın qadın sürücüsü xəsarətlər alıblar.

Namiq Musayev

Nə düşünürsən?