Nazarovdan növbəti qol

  • 23.05.2020
  • 0

Almaniya 2-ci Bundesliqasında 27-ci turun görüşləri keçirilir. Offsideplus.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti oyununa çıxıb. Aue təmsilçisi səfərdə “Nürnberq”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Nazarov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu kmandasının yeganə qolunu rəqib qapıdan keçirib.

Nə düşünürsən?