Bakıda polisin təqib etdiyi şəxslə bağlı açıqlama

  • 22.05.2020
  • 0

Bakının Nəsimi rayonu ərazisində polisdən qaçan zaman anidən yola çıxaraq, qəza şəraiti törədən şəxs saxlanılıb. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna verilən cavabda qeyd olunub. İdarədən bildirilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlumatlıdırlar: “Nəsimi Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti (PPX) və 20-ci Polis Bölməsi əməkdaşları tərəfindən əməliyyat keçirilib. Müvafiq görüntülər polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı oğurluq əməlində şübhəli bilinən, 1983-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Rasim Nəcəfov saxlanılan vaxt çəkilib. O, mayın 4-də Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birindən telefon oğurlamaqda şübhəli bilinir. Şübhəli şəxs ətrafında araşdırmalar davam etdirilir”.

Nə düşünürsən?