İzmir məscidlərində azan yerinə “Çao Bella” səsləndirildi

  • 22.05.2020
  • 0

İzmirdə məscidlərdə minarələrdən azan yerinə digər musiqilərin səsləndirilməsi ilə bağlı qalmaqal davam edir. “Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, dünən məscidlərin birində səsgücləndirici vasitəsilə italyan partizan musiqisi “Çao Bella” səsləndirilib. Buna bənzər qalmaqal bu gün də yaşanıb. Belə ki, Bornova və Bayraklı qəsəbələrində məscidin səsgücləndiricisi vasitəsilə türk müğənni Selda Bağcanın mahnısı səsləndirilib. Baş vermiş hadisədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hərəkətə keçib. İzmir müftiliyinin məlumatına görə, səsgücləndiriciyə müdaxilə dələduzluq yolu ilə edilib. Dünən “Çao Bella” musiqisinin səsləndirilməsini sosial şəbəkə hesablarında paylaşaraq tərif ifadələri işlədən şəxslər barəsində də araşdırmalara başlanıb. Banu Özdemir adlı bir nəfər artıq həbs edilib.

Nə düşünürsən?