Gəncədə iki avtomobil toqquşdu

  • 21.05.2020
  • 0

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil “Mercedes”lə toqquşub. Qəza nəticəsində iki nəfər - 1964-cü il təvəllüdlü Canpolad Tağıyev və oğlu 1987-ci il təvəllüdlü Orxan Tağıyev xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?