Bakıda oğul 81 yaşlı atasını diri-diri yandırıb öldürdü

  • 21.05.2020
  • 177 baxış
  • 0

Bakıda qısas məqsədi ilə atasını yandıraraq öldürən İlyas Mehtiyevin cinayət işi. "Oxu24.com xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Qəsəbədə yaşayan İlyas Mehtiyev köməksiz vəziyyətdə olan 81 yaşlı atasının üzərinə benzin tökərək onu yandırıb. Hadisəni törətdikdən sonra İlyas Mehtiyev 14-cü polis bölməsinə gələrək atası İmdad Mehtiyevi ailə münaqişəsi zəmnində öldürdüyünü bildirib. İstintaqla müəyyən edilib ki, İlyas Mehtiyev qısas almaq məqsədi ilə atası İmdad Mehtiyevi xüsusi əzab verici üsulla yəni diri-diri yandıraraq öldürmək qərarına gəlib. Bu məqsədlə gecə saat 2-də Maştaga qəsəbəsindəki yanacaqdoldurma məntəqəsindən benzin alaraq evə gəlib. Atasını yuxudan oyadaraq evdən çıxıb getməsini deyib. Bu səbəbdən aralarında yaranan mübahisə zamanı benzini atasının üzərində tökərək onu diri-diri yandırıb. Hadisənin təfərrüatları barədə daha ətraflı videonu təqdim edirik.

Nə düşünürsən?