"Balam hər axşam saçımı darayıb sonra yatır"

  • 21.05.2020
  • 0

Məşhur hüquqşünas və aparıcı Zülfiyyə Bayramova hər kəsin diqqətin çəkən paylaşım edib. BiG.AZ xəbər verir ki, aparıcı instaqram hesabında oğlu Nahidlə görüntülərini paylaşıb. Nahidin anasının saçını daraması yüksək qiymətləndirilib. Zülfiyyə videonu paylaşaraq: "Balam hər axşam saçımı darayıb sonra yatmağa gedir. Allah bütün balaları saxlasın" şərhini yazıb. Xatırladaq ki, Zülfiyyə Bayramova xərçəng xəstəliyindən əziyyət çəkir. Ona dəstək olmaq üçün müalicə müddətində övladları və həyat yoldaşı İlqar Mikayıloğlu saçlarını keçəl etdirmişdilər.

Nə düşünürsən?