Müəllimlər sosial məsafə üçün xəbərdarlıq cihazı ixtira etdilər

  • 20.05.2020
  • 0 baxış
  • 0

Türkiyənin Batman vilayətində özəl kollecin müəllimləri epidemiya zamanı sosial məsafəni qorumaq üçün məsafə sayğacı hazırlayıblar. "Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, sosial məsafə pozulduqda cihaz işıq və vibrasiya ilə xəbərdarlıq edir. Kollec müdiri Abdurrahim Demirtaş bildirib ki, məsafə sayğacından başqa hərarəti ölçən cihaz, maye sabun, səth təmizləyici, dezinfeksiyaedici də istehsal etmişik. Sosial məsafədən qorunma və qızdırıcı sayğac cihazına tələb olduqda qarşılamağa hazırıq. Bu cihazların infrastrukturunu yaratdıq. İndidən bəzi qurum və təşkilatlar bizimlə əlaqə saxlayır. Müəllif hüququ əldə etmək istəyənlər də var. Dövlət qurumlarının və özəl sektorun tələbini ödəməyə hazırıq. Məsafə sayğacının iki nəfər arasındakı məsafənin bir metrdən azaldığı təqdirdə səs, işıq və titrəyişlə xəbərdarlıq etdiyi qeyd olunur.