Həbibin atası koronavirusa yoluxdu

  • 19.05.2020
  • 0

Qarışıq döyüş növləri üzrə rusiyalı idmançı, mütləq döyüş çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov koronavirusa yoluxub. NTV xəbər verir ki, bu barədə Həbibin özü "İnstagram"da məlumat verib. "Atam hazırda xəstəxanadadır, vəziyyəti çox ağırdır. Bu virusun fonunda ürək problemləri də yaranıb. Bir il əvvəl ürəyindən əməliyyat olunmuşdu və indi yenidən əməliyyat olundu. Odur ki, onun səhhəti çox ağırdır” - deyə, Həbib Nurməhəmmədov bildirib. Bildirək ki, 58 yaşlı Abdulmanap Nurməhəmmədov aprelin 25-də xəstəxanaya yerləşdirilib. Səhhəti pisləşdikdən sonra o, Moskva xəstəxanalarının birinə aparılıb. Orada insult kecirib./publika.az

Nə düşünürsən?