ABŞ kosmosa gizli hava gəmisi göndərdi

  • 18.05.2020
  • 0

ABŞ Hərbi Hava Qüvvələri "Atlas V” raket daşıyıcısı vasitəsilə gizli orbital sınaq gəmisinin kosmosa çıxarılmasını uğurla həyata keçirib. Bu barədə "BBC News” xəbər yayıb. Təkrar istifadə edilə bilən "Boeing X-37B” gəmisinin layihəsi gizli saxlanılır, açıq mənbələrdə bu barədə çox az məlumat var. Ancaq kosmik missiya zamanı aparatın orbitə peyk buraxacağı və enerji şüaları texnologiyasını test edəcəyi məlumdur. Bundan əlavə, kosmosda radiasiyanın bitki toxumlarına və digər obyektlərə təsiri ilə bağlı təcrübə aparılacaq. Qeyd olunur ki, bu buraxılış eksperimental orbital gəmi üçün altıncı idi. Bundan əvvəl "SpaceX” kompaniyası "Starlink” internet peyklərinin yeni partiyasının buraxılışını təxirə salmalı olmuşdu. Yüksək ehtimalla buna "Atlas V”nin buraxılışı səbəb olub./teleqraf

Nə düşünürsən?