Bakıda binanın balkonu uçdu

  • 16.05.2020
  • 0

Nərimanov rayonunda poliklinikanın binasında 3-cü mərtəbənin balkonu uçub. "Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə bu gün saat 12 radələrində Stomatoloji poliklinikanın yerləşdiyi yaşayış binasında baş verib. Binanın 3-cü mərtəbəsinin balkonu çökərək 2 və 1-ci mərtəbənin balkonunu da uçurub. Söküntülər piyada səkisinə tökülüb.

Nə düşünürsən?