Türkiyə dünyaya gücünü nümayiş etdirir
14 baxış
Texnologiya xəbərləri
Türkiyənin keçirdiyi təlimlərin əsas məqsədi həm öz ərazisinin, həm də müttəfiqlərinin təhlükəsizliyini təmin etməkdir. Elə ötən gün yekun vurulan “Efes-2022” çoxmillətli təlimi də bu missiyaya xidmət edir. Təlimin istər dənizdə, istər quruda, istərsə də havada keçirilməsi mümkün ola biləcək müharibənin mümkün ssenarilərinin araşdırılmasına hesablanıb. Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirən Şuşa bəyannaməsinin bir illiyi ərəfəsində keçirilən təlimdə hərbçilərimizin geniş tərkibdə iştirak etməsi isə onu göstərir ki, iki ölkə arasında hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir.
Təlimin son günü çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə münasibətlərindən də danışıb. O, Azərbaycan Ordusunun 44 günlük müharibə nəticəsində 30 illik işğala son qoyduğunu, Türkiyə olaraq bu prosesə “iki dövlət, tək millət” anlayışı ilə hər cür dəstək verdiyini bildirib. Türkiyə lideri atəşkəsin davamlı olması üçün Türkiyə və Rusiya hərbçilərinin Birgə Monitorinq Mərkəzində birlikdə xidmət etdiklərini xatırladıb. Ərdoğan qeyd edib ki, Türkiyə Azərbaycan Ordusunun modernləşdirilməsi, təlim-təhsil, minatəmizləmə sahəsində də Azərbaycanla yaxından əməkdaşlıq edir.
Türkiyə Prezidenti çıxışı zamanı Yunanıstana da xəbərdarlıq edib. O, rəsmi Afinanı Egey dənizindəki adaları silahlandırmaqdan əl çəkməyə və beynəlxalq razılaşmalara əməl etməyə dəvət edib. “Zarafat etmirəm, ciddiyəm. Millətimiz qətiyyətlidir”, - deyə Türkiyə lideri vurğulayıb.
Qeyd edək ki, Egey bölgəsində keçirilən “Efes-2022” təlimində ABŞ helikopterləri, haubitsaları və zirehli texnikası, həmçinin İtaliya, Azərbaycan, Bosniya və Herseqovina, Şimali Makedoniya, Pakistan, Albaniya, Qazaxıstan, Qırğızıstanın hərbçiləri, ABŞ helikopteri və desant gəmisi iştirak edib. Təlimə ümumilikdə 37 ölkədən on mindən çox əcnəbi hərbçi qatılıb.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.