AZ
Video yüklə
İrana şok zərbə

Bu video hazırda oynadıla bilmir.

İrana şok zərbə

1 292 baxış Texnologiya xəbərləri
"Black Reward" haker qrupu "Anonymous" ilə birgə İranın atom enerjisi təşkilatının istehsalı və inkişafı ilə bağlı bəzi məlumatları yayıb.

Milli.Az bildirir ki, dərc edilmiş sənədlərdə Buşehr atom-elektrik stansiyasının (AES)müqavilələri, idarəetmə və istismar cədvəlləri, işçilərin texniki şərtləri və əmək haqqı vərəqələri, orada çalışan iranlı və rusiyalı mütəxəssislərin vizaları və s. var.

Sənədlər arasında "İran İslam İnqilabı Keşikçiləri" ("SEPAH") korpusunun ölkənin nüvə proqramını necə idarə etdiyinə dəlalət edən faktlar da var.

Eyni zamanda, SEPAH-a bağlı bir təşkilatla İranın atom eberjisi təşkilatı arasında bağlanmış 700 min ABŞ dolları dəyərində müqavilə sənəd də aşkarlanıb.

Hakerlər İranda son etiraz aksiyalarında həbs olunmuş bütün məhbusların azad edilməsini, əks təqdirdə ölkənin nüvə proqramı ilə bağlı sənədləri yayacağını bildirmişdi.

Rəsmi Tehran tələbi qulaqardına vurduğu üçün sənədlər yayılıb.

Hakerlər fars, ingilis və rus dillərində 100 mindən artıq sənədi, habelə İranın çox məxfi nüvə obyektlərində çəkilmiş videokadrlarını yayıblar.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.