Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan ASAN İnnovativ İnkişaf Mərkəzinin açılışı keçirildi.
Mərkəz müxtəlif istiqamətlərdə həm təlim paketləri hazırlayan həm də təlimlər təşkil edən platformadır. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ASAN İnnovativ İnkişaf
Mərkəzinin qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə müxtəlif özəl və dövlət orqanlarında kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verəcəyini diqqətə çatdırdı.
Tədbirdə ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Zibeydə Bayramova Mərkəzin rəsmi internet saytı, fəaliyyət istiqamətləri və korporativ xidmətləri barədə təqdimat edib. Tədbir zamanı Mərkəzin ictimaiyyət və sahibkarlar üçün töhfələrinə dair videoçarx nümayiş etdirilib.
REAL


































