AZ
Video yüklə

Ədliyyə sahəsində innovasiyalar

9 baxış Texnologiya xəbərləri
Ədliyyə Nazirliyində vətəndaş cəmiyyəti institutları, KİV nümayəndələri və qurumun aidiyyəti rəhbər şəxslərinin iştirakı ilə “Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaş məmnunluğuna xidmət edən ədliyyə islahatları və innovasiyalar” mövzusunda brifinq keçirilib.

Brifinqdə vətəndaşların daha çox müraciət etdiyi ədliyyə orqanları tərəfindən göstərilən hüquqi xidmətlərin səmərəliliyinin və keyfiyyətinin artırılması ilə bağlı görülən tədbirlər barədə məlumat verilib.

Nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış edərək nazirlik tərəfindən şəffaflığa, ictimaiyyətlə əlaqələrə, media və vətəndaş cəmiyyəti ilə vahid kommunikasiya siyasəti əsasında qarşılıqlı fəaliyyətə xüsusi önəm verildiyini qeyd edib.

Daha sonra çıxış edən İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə ədliyyə xidmətlərinin rəqəmsallaşdırılması üzrə görülən işlər, o cümlədən mobil tətbiqlər barədə məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər ədliyyə sahəsində innovasiyaların tətbiqi geniş vüsət alıb. Hazırda nazirlik tərəfindən aparılan 10 dövlət əhəmiyyətli informasiya resursunun fəaliyyəti nəticəsində əhaliyə 35-dək elektron xidmət göstərilir, istifadəçilərin sayı son 5 ildə 15 milyon nəfəri ötüb.

Həmçinin, qeyd olunub ki, notariusun vergi agenti qismində fəaliyyəti nəticəsində dövlət büdcəsinə hər il orta hesabla 40 milyon manat məbləğində vəsaitin köçürülməsi təmin edilir.

Brifinqdə həmçinin, elektron xidmətlərin yeni inkişaf mərhələsi olan mobil tətbiqlər barədə məlumat verilib. Bildirilib ki, etibarnamələrin verilməsi, onların ləğv edilməsi, sənədlərin həqiqiliyinin yoxlanılması, yetkinlik yaşına çatmamış şəxslərin ölkədən getmək üçün valideynlərin razılıq ərizələrinin təsdiqi kimi xidmətlər göstərən və hazırda 200 minə yaxın istifadəçisi olan “Mobil notariat” xidmətlərinin dairəsi daim genişləndirilir.

Son ayda mobil tətbiqə yetkinlik yaşına çatmamış şəxslərin ümumvətəndaş pasportu almasına dair valideynlərin, yaşayış yeri üzrə qeydiyyata alınma ilə əlaqədar mülkiyyətçinin razılıqlarının rəsmiləşdirilməsi, açılmış vərəsəlik işlərinə dair məlumat əldə olunması, əks-əlaqə kimi yeni xidmətlər əlavə olunub. Həmçinin orada xidmətlərdən istifadə prosedurlarına dair videotəlimatlar yerləşdirilib.

Tədbirdə insan həyatında ən əlamətdar hadisələrin – vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləşdirilməsi sahəsində tətbiq olunan yeniliklərdən danışılıb.

Daha sonra çıxış edən Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova doğumun, nikahın və digər vətəndaşlıq vəziyyəti aktlarının operativ, müasir innovasiyalar tətbiq olunmaqla dövlət qeydiyyatının həyata keçirilməsini şərtləndirdiyini bildirib. Bununla əlaqədar 20 milyona qədər sənədin elektronlaşdırılması əsasında yaradılmış “Vətəndaşlıq vəziyyəti aktları” informasiya sisteminin fəaliyyəti nəticəsində əhali barədə məlumatların rəqəmsal idarəedilməsinin mümkün olduğunu vurğulayıb.

Bununla əlaqədar 20 milyona qədər sənədin elektronlaşdırılması əsasında yaradılmış “Vətəndaşlıq vəziyyəti aktları” informasiya sisteminin fəaliyyəti nəticəsində əhali barədə məlumatların rəqəmsal idarəedilməsinin mümkün olduğunu vurğulayıb.

Bundan başqa qeyd edilib ki, ailə münasibətlərinin qorunması istiqamətində Ədliyyə Nazirliyinin təşəbbüsü ilə nikahın pozulması üçün qeydiyyat şöbələrinə müraciət etmiş şəxslər üçün psixoloqların mediasiya xidmətləri təşkil edilir. Görülən tədbirlər nəticəsində söhbətlərə cəlb edilmiş həmin şəxslərin təxminən 40%-i boşanma fikrindən daşınıblar.

Sonda sual-cavab sessiyası keçirilərək brifinq iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.